Emreli superkubokda oynamayacaq

Emreli superkubokda oynamayacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya superkuboku matçını buraxacaq. Bunu Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlayıb.

Çalışdırıcı bildirib ki, sabah Split “Hayduk”u ilə keçiriləcək həlledici qarşılaşmada zədədən bir müddət əvvəl qayıdan Emreli iştirak etməyəcək. 25 yaşlı forvardla yanaşı, müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo və yarımmüdafiəçi Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.

Qeyd edək ki, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Markao “Sevilya” yolunda

Növbəti yazı

Günün kuponu – 09.07.2022