Emreli millinin heyətindən çıxarıldı

Emreli millinin heyətindən çıxarıldı

Yığmamızın heyətində itki baş verib. Türkiyə Superliqasında çıxış edən “Konyaspor” klubunun üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Keyndən yeni rekord

Növbəti yazı

Maunt “Çelsi”dən ayrılır