Emre Mor “Fənərbaxça”da

Emre Mor “Fənərbaxça”da

Türkiyə “Fənərbaxça”sı növbəti transferini gerçəkləşdirib. İstanbul təmsilçisi “Fatih Karagümrük”ün yarımmüdafiəçisi Emre Moru heyətinə qatıb.

İtaliya klubları “Fiorentina” və “Torino”nun da maraq dairəsində olan 24 yaşlı hücumameylli futbolçu bu gün “Fənərbaxça” rəhbərliyi ilə görüşəcək. Bu transfer “Fənərbaxça”ya 2 milyon avroya başa gələcək.

Karagümrük klubu həmçinin əlavə bonuslar da qazana biləcək. Emrenin isə yeni komandası ilə 2+1 illik müqavilə imzalaması gözlənilir. Onun “sarı-lacivərdlilər”də illik məvacibi 1 milyon 250 min avro olacaq.

ETOPAZ

Əvvəlki yazı

Qrifffinə dörd müştəri

Növbəti yazı

Motta istefa verdi