Emma Radukanudan tarixi nailiyyət

Emma Radukanudan tarixi nailiyyət


“US Open”də qadınların turnirinə yekun vurulub. Finalda böyük britaniyalı Emma Radukanu ilə kanadalı Leyla Fernandes üz-üzə gəlib. 18 yaşlı Emma özündən bir yaş böyük olan rəqibini iki setdə məğlub edib – 6:4, 6:3.
Radukanu tarixi nailiyyətin müəllifi olub. O, “Böyük dəbilqə” turnirləri tarixində ilk tennisçidir ki, təsnifat mərhələsindən başladığı yarışın qalibi olub.
Emma “US Open”də keçirdiyi 10 matçda bir set də uduzmayıb. Bunadək yalnız bir dəfə “Böyük dəbilqə” turnirinə qatılan Radukanu ikinci cəhddən titula yiyələnib. Bu da mütləq rekorddur. Monika Seleş və Byanka Andresku 4-cü turnirində qalib olub.
Britaniyalı Alyona Ostapenko və İqa Şventekdən sonra 3-cü tennisçidir ki, karyerasının ilk titulunu “Böyük dəbilqə”də qazanıb.
Radukanu 2004-cü ildən sonra “Böyük dəbilqə”də ən ən gənc çempiondur. 17 il əvvəl “Uimbldon”un qalibi olan Mariya Şarapova 17 yaşında uğur qazanıb.
Emma “US Open” tarixində “Top-100”ə düşməyən ikinci çempiondur. 2009-cu ildə Kim Kliysters buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

Dreymond Qrin sabiq komandasının düşərgəsində

Növbəti yazı

Azarkeş tribunadan aşdı