Emin Mahmudov rekorda şərik çıxdı
Azərbaycan millisi Macarıstanda növbəti yoxlama oyununu keçirir. Hazırda davam edən matçda hesab 2:2-di.
Yığmamızın bərabərlik qolunu 51-ci dəqiqədə Emin Mahmudov vurub. O, bununla da, millimizin tarixində ən çox fərqlənən futbolçu adına şərik olub. Yarımmüdafiəçi qolların sayında Qurban Qurbanova çatıb. Onların hər ikisinin hesabında 14 top var.