Emin Mahmudov: “İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin”

Emin Mahmudov: “İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin”

AVRO-2024-ün seçmə mərhələsi davam edir. Sabah millimiz Avstriyanı qonaq edəcək.

Oyundan öncə yığmamızın kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Rəqibin intensiv oyun tərzi var. Futbolçular çox sürətlidir. Son 2 oyunda qələbə qazanmışıq. İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin. Sabah meydana qələbə üçün çıxacağıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.10.2023

Növbəti yazı

Canni de Byazi: “Sabahkı oyun çətin yox, çox çətin olacaq”