Emin Avropanın ən yaxşısı seçildi
AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Bu mükafatı Azərbaycan millisinin kapitanı Emin Mahmudov qazanıb. 31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə vurduğu top Avropada turun qolu seçilib. O, 89-cu dəqiqədə uzaq məsafədən qapını dəqiq nişan alıb.