Emeri qərar verdi: “Vilyarreal”da qalır

Emeri qərar verdi: “Vilyarreal”da qalır

Unai Emeri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi olmayacaq. Bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb. Vətənində “Vilyarreal”a rəhbərlik edən çalışdırıcı komandasını dəyişmək istəmədiyini bəyan edib:

“Burda qalmağa qərar verdim. “Vilyarreal” mənim evimdir. Bu layihəyə tamamilə inanıram. Top-klubun mənimlə maraqlanması ilə fəxr edirəm. Amma burada ağlasığmaz dərəcədə xoşbəxtəm. Klubun prezidenti Fernando Roiqaya da qalacağımı dedim. Bu layihənin parçası olmaq istəyirəm. Çünki klub və oyunçular mənə hörmətlə yanaşır. Bu da qarşılıqlıdır”.

ETOPAZ

Əvvəlki yazı

Lillarddan qeyri-dəqiqlik

Növbəti yazı

Xavinin transfer siyahısı