Embiiddən 52 xal
“Filadelfiya” “Boston”la qarşılaşıb. “Siksers” bu qarşılaşmada 103:101 hesablı qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu Coel Embiid olub.
O, bu görüşdə 52 xal, 13 ribaund və 6 ötürməyə imza atıb. Coel meydanda 39 dəqiqə keçirib. “Siksers”in lideri mövsümdə 9-cu dəfə 40 xal və 10 ribaund səddini fəth edib.
Qeyd edək ki, Embiid mövsümdə 3-cü dəfə 50 və daha çox xal yığıb.