Elneni Türkiyə klublarının hədəfində
Məhəmməd Elneni karyerasını Türkiyədə davam etdirə bilər. O, “Arsenal”ı tərk etməyə yaxındır.
Futbolçunun xidmətində Türkiyə təmsilçiləri maraqlıdır. Onların arasında “Beşiktaş” və “Trabzonspor” var. Artıq hər iki klub Məhəmmədə təklif göndərib.