Elmas “Leypsiq” yolunda
“Leypsiq” heyətini gücləndirmək niyyətindədir. “Napoli”nin makedoniyalı futbolçusu Elif Elmasın uğurlu çıxışı “öküzlər”in baş məşqçisi Marko Rozenin diqqətini cəlb edib.
Yarımmüdafiəçinin sözləşməsi 2028-ə qədərdir. 47 yaşlı alman mütəxəssis oyunçunun transferini yanvarda bitirmək niyyətindədir. Bunun üçün Bundesliqa klubu “Napoli”yə 25 milyon avro ödəyəcək.