Elmar Baxşıyevdən istefa

Elmar Baxşıyevdən istefa

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

“Bayer”dən yeni rekord

Növbəti yazı

İvankoviç yenidən millidə