Əliyar Ağayev pley-off matçında

Əliyar Ağayev pley-off matçında

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də, saat 21:45-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimizin matçlarının təqvimi bəlli oldu

Növbəti yazı

“Çelsi”də mümkün ayrılıq