Ələskərov 200-ə çatdı

Ələskərov 200-ə çatdı

“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Onun yubileyi Azərbaycan Premyer Liqasının 14-cü turuna təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.

Namik Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 148-ci futbolçudur.

ETOPAZ

Əvvəlki yazı

5 mövsümün rekordu

Növbəti yazı

“İnter”də yeni müqavilə