Edin Dzeko hamını qabaqladı

Edin Dzeko hamını qabaqladı

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qrup mərhələsinin V turunun ən yaxşısı adına Edin Dzeko layiq görülüb. İtaliya “İnter”inin hücumçusu evdə Ukraynanın “Şaxtyor” klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda hər iki qolun müəllifi olub.

Bosniya və herseqovinalı forvard səsvermədə digər namizədləri qabaqlayıb. Onun bu mükafat uğrunda rəqibləri “Sportinq”li Pedro Qonçalves, “Ayaks”lı Sebastyen Aller və “Leypsiq”li Emil Forsberq olub.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi müəyyənləşdi

Növbəti yazı

Günün kuponu – 26.11.2021