Edersondan rekord
Ederson “Mançester Siti”nin tarixinə düşüb. O, bunu İngiltərə Premyer Liqasının 26-cı turunun “Bornmut”la matçında (1:0) bacarıb.
Qolkiper matçda qapısını toxunulmaz saxlayıb. Bu görüş qapıçı üçün İngiltərə çempionatında klubun forması ilə 110-cu “quru oyun” olub. O, həmin göstəricidə Co Hartı (109) geridə qoyub.