Dyurantdan mövsümün rekordu

Dyurantdan mövsümün rekordu

Kevin Dyurant NBA-da mövsümün rekorduna imza atıb. “Bruklin”in hücumçusu bir oyunda ən çox xal toplayan basketbolçu olub.

O, “Detroyt”la qarşılaşmada 51 xal yığıb. “Nets” bu görüşdə 116:104 hesablı qələbə qazanıb. Kevin 7 ribaund və 9 ötürməyə də imza atıb.

Qeyd edək ki, bunadək mövsümün rekordu Stefen Karriyə məxsus idi. “Qolden Steyt”in lideri bir matçda 50 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də 100-cü qol

Növbəti yazı

“Yuventus”un qış planı