Durant meydanlara döndü, komandası uduzdu

Durant meydanlara döndü, komandası uduzdu

NBA-nın növbəti turunda “Bruklin” “Mayami” ilə qarşılaşıb (107:113). Görüş “Nets”in ulduz basketbolçusu Kevin Durantın meydanlara dönməsi ilə əlamətdar olub.

Durant 35 dəqiqə ərzində 31 xal, 4 ribaund və 4 assistə imza atıb. O, yanvarın ortalarında dizindəki bağdan zədə alıb və o vaxtdan bəri oyunlarda olmayıb.

Liderinin olmadığı müddətdə “Bruklin” çətinliklərlə üzləşib və Şərq Konfransında 8-ci yerə düşüb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də kapitan problemi

Növbəti yazı

Harris üçün mövsüm bitdi