Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas musiqi albomu buraxıb.

Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas musiqi albomu buraxıb.

Bunu Stefanos öz tvitter səhifəsində açıqlayıb.
Yunanıstanlı tennisçinin albomunda 10 instrumental kompozisiya yer alıb: “Bu, həzin və enerjili musiqinin qəlbə xoş olan qarışığıdır. Özünü olmalı olduğun yerdə hiss edirsən”.
Bu albom “Sound Cloud” platformasına 2 ay öncə çıxıb.
Tsitsipas ATP səviyyəli 7 turnirin qalibidir. O, 2019-cu ilin yekun çempionatında da qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin futbolçusu “Atalanta”da

Növbəti yazı

Ronaldo PSJ-də?