Dünyanın ən güclü liqaları açıqlandı
Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib. Reytinq cədvəlini İFFHS açıqlayıb.
2023-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib.
Dünyanın ən güclü liqası İtaliya A seriyasıdır. 2022-ci ildə 5-ci olan Appenin liqası 1619,5 xala malikdir.
Siyahıda İngiltərə Premyer Liqası 2-cidir – 1567 xal. 1447 xala malik İspaniya La Liqası 3-cü sırada yer alıb.
Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb. Çempionatımızın əmsalı 429,75-ə bərabərdir. Premyer Liqamız dünyada 40-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 1 pillə irəliləyib.
Türkiyə Super Liqası 838,25 xalla 3 pillə irəliləyərək 12-cidir.