Dünya çempionu “Lion”da

Dünya çempionu “Lion”da


Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Cerom Boatenqin yeni klubu bəlli olub. Müdafiəçi karyerasına Fransada davam edəcək. O, bu gün “Lion”la müqavilə imzalayacaq. Azad agent statusuna malik Boatenqin keçidi üçün yeni klubu xərcə düşməyəcək. 32 yaşlı almaniyalı tibbi müayinədən keçdikdən sonra 2 illik müqaviləyə imza atacaq.
2009-19-cu illərdə Almaniya yığmasında çıxış edən Cerom DÇ-2014-ün qalibidir. O, 2011-ci ildən “Bavariya”nın formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

NBA-da ən dəyərli ulduzlar

Növbəti yazı

Bredi mövsümü bitirdi