Dünya çempionu kim olacaq: Argentina, yoxsa Fransa?

Dünya çempionu kim olacaq: Argentina, yoxsa Fransa?

Qətərdə keçirilən DÇ-2022 bu gün başa çatacaq. Mundialın son günündə dünya çempionunun adı bəlli olacaq.

Həlledici görüşdə Argentina və Fransa üz-üzə gələcək. Cənubi amerikalılar 36 ildən sonra qızıl medal qazanmaq arzusundadır. Bu, Lionel Messinin son çempionatı ola bilər. Ulduz futbolçu və komanda yoldaşları 35 yaşlı hücumçunun ilk çempionluğunu qazanması üçün əlindən gələni edəcək.

Fransa isə 4 il əvvəl Rusiyada qazandığı titulu qorumaq istəyir. Mundiala ciddi itkilərlə gələn Didye Deşamın komandası favoriti olduğu yarışdan qızılla dönməyi planlaşdırır. Qələbə qazansa, “üçrənglilər” üçqat dünya çempionu adına yiyələnəcək.

DÇ-2022

Final
18 dekabr
19:00. Argentina – Fransa

“Lusail” stadionu

ETOPAZ

Əvvəlki yazı

Xorvatiyadan 3-cü mükafat

Növbəti yazı

Rafael Ağayevdən çempionluq kəməri