Dünya çempionu “Əl-Rəyyan”da
Qətərin “Əl-Rəyyan” klubu daha bir tanınmış futbolçunu heyətinə qatıb. Fransa millisinin futbolçusu Stiven Nzonzi Asiya təmsilçisinin heyətində çıxış edəcək.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi İtaliya “Roma”sından Qətər klubuna keçib.
Stiven 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub. O, son ilyarım ərzində icarə əsasında “Renn”də çıxış edib.