Dünya çempionatına çıxa bilməyən Avropa çempionları
İtaliya millisi dünya çempionatına vəsiqə qazana bilməyən 4-cü Avropa çempionu olub. AVRO-2020-nin qalibi Qətərdə təşkil olunacaq DÇ-2022-yə yollanmaq şansını pley-offun yarımfinalında itirib.
Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzan apenninlilərə qədər bu taleyi üç yığma yaşamışdı. Çexoslovakiya AVRO-1976, Danimarka AVRO-1992, Yunanıstan AVRO-2004-dəki zəfərdən iki il sonra dünya çempionatında oynamayıb.
Qeyd edək ki, İtaliya yığması ardıcıl ikinci dəfə dünya çempionatına çıxa bilməyib. Bu, millinin tarixində ilkdir.