Dumfrisə növbəti müştəri

Dumfrisə növbəti müştəri

“İnter”in müdafiəçisi Denzel Dumfrisə növbəti müştəri çıxıb. “Tottenhem” niderlandlı futbolçuya təklif göndərməyə hazırlaşır.

“Spurs” 26 yaşlı oyunçuya 25 milyon avro təklif etməyi düşünür. Çox güman ki, “Tottenhem” daha yaxşı təklif verməli olacaq. Çünki “İnter” müdafiəçisi üçün ən azı 40 milyon avro istəyir. Dumfrisin İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Denzel bu mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Messi İnyestaya çatdı

Növbəti yazı

“Neftçi” Avropada, “Qarabağ”dan səfər qələbəsi