Dreymond Qrin sabiq komandasının düşərgəsində

Dreymond Qrin sabiq komandasının düşərgəsində


“Qolden Steyt”in hücumçusu Dreymond Qrinin yay fasiləsini necə keçirdiyi bəlli olub. Ulduz oyunçu fasilə dövründə də məşqlərinə ara vermir. Qrin Miçiqan Steyt Universitetinin təlim-məşq toplanışına qatılıb. O, dörd il şərəfini qoruduğu komanda ilə hazırlıq keçməyə üstünlük verib. Dreymond Miçiqan təmsilçisindəki karyerasını 2011/12 mövsümündə başa vurub. Həmin mövsümdə hücumçu hər oyunda 16,2 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Olmo üçün 70 milyon avroluq təklif

Növbəti yazı

Ronaldo 12 il 124 gündən sonra Premyer Liqada qol vurdu