Dördüncü dəfə mövsümdə 3 titul

Dördüncü dəfə mövsümdə 3 titul

“US Open”ə yekun vurulub. Kişilərin fərdi yarışında final matçında Novak Cokoviç və Daniil Medvedev qarşılaşıb.

Serbiyalı tennisçi 6:3, 7:6, 6:3 hesablı qələbə qazanıb. Bu, Novakın 2023-cü ildə qazandığı üçüncü “Böyük dəbilqə” turniri olub. Bunadək “Australian Open” və “Rolan Qarros”da da çempionluq yaşayan Cokoviç “Uimbldon”un finalında uduzub.

Serbiyalı karyerasında 4-cü dəfə mövsüm ərzində üç “Böyük dəbilqə” turnirində çempion adını qazanıb. O, bununla da kişi tennisçilər arasında yeni rekorda imza atıb.

Novak 2 min reytinq xalı və 3 milyon dollar qazanıb. Daniil isə 1300 xal və 1,5 milyon əldə edib.

ETOPAZ

Əvvəlki yazı

De Yonqa yeni müqavilə

Növbəti yazı

Xavi ilə yeni müqavilə