Dörd əməliyyatdan sonra yenidən kortda

Dörd əməliyyatdan sonra yenidən kortda

Argentinalı tennisçi Xuan Martin Del Potro yenidən kortlara qayıdır. O, uzun fasilədən sonra Buenos-Ayresdə təşkil olunan ATP 250 turnirində çıxış edəcək.

Dizində dörd dəfə əməliyyat olunan tennisçi 2019-cu ilin iyunundan sonra ilk matçına çıxacaq. 32 aylıq fasilədən sonra vild cardla yarışa qatılan Del Potronun ilk rəqibi Federiko Delbonis olacaq.

Gələn həftə başlayacaq turnirin reytinq favoritləri Kasper Ruud, Dieqo Şvartsman, Lorenso Soneqo və Fabio Fonyinidir.

ETOPAZ

Əvvəlki yazı

Buffondan 500-cü quru oyun

Növbəti yazı

“Klivlend”in hədəfi