Donçiçdən 3-cü qələbə topu

Donçiçdən 3-cü qələbə topu

“Dallas” “Boston”la qarşılaşıb. Oyunun taleyi son saniyə atışı ilə həll olunub. “Maveriks” 107:104 hesablı qələbə qazanıb.

Dallas təmsilçisinin lideri Luka Donçiç final siqnalı ərəfəsində üçxallıq atışla  komandasına qələbə gətirib. Bu, 22 yaşlı sloveniyalının NBA karyerasında 3-cü qələbə topudur.

O, Kobe Brayant, Demian Lillard və Kevin Dyuranta çatıb. Üçxallıq qələbə atışları üzrə NBA rekordu isə Vins Karterə məxsusdur. Karyerasını ötən il bitirən basketbolçu 5 dəfə matçın taleyini həll edib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da itki: Fati zədələndi

Növbəti yazı

Autsayderin favoriti