Donçiç cəzalı durumda
“Dallas”ın basketbolçusu Luka Donçiç cəzalı duruma düşüb. O, mövsümdə 16-cı texniki folla cəzalanıb.
Bu üzdən də Luka müntəzəm çempionatın son turunu buraxacaq. O, “San-Antonio” ilə görüşdə oynamayacaq.
Sloveniyalı “Portlend”lə qarşılaşmada (128:78) hakimlə mübahisə etdiyi üçün 16-cı dəfə fol alıb. Liqa bu qərara yenidən baxacaq. Əgər qayda pozuntusu ləğv edilsə, Luka son matçda meydana çıxa biləcək.
Qeyd edək ki, Donçiç bu qarşılaşmada 39 xal toplayıb.