Donçiç 10-cu yerə şərik çıxdı
“Dallas”ın basketbolçusu Luka Donçiç “Orlando” ilə görüşdə tripl-dabla imza atıb. O, komandasının 108:110 hesabı ilə uduzduğu qarşılaşmada 34 xal, 12 ribaund və 11 ötürmə müəllifi olub.
Bu, 22 yaşlı oyunçunun karyerasında 43-cü tripl-dabldır. Luka bu göstəricidə Fet Leverə çatıb. Onlar NBA tarixində 10-cu yeri bölüşürlər. 9-cu olan Larri Berd 59 dəfə fərqlənib.