Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Didye Deşamla yeni müqavilə
Fransa milli komandasının baş məşqçisi Didye Deşamın müqaviləsi uzadılıb. Bunu Fransa Futbol Federasiyası açıqlayıb.
Mütəxəssis 2026-cı ilin yayına qədər yığmaya rəhbərlik edəcək. Onunla birlikdə köməkçiləri Qi Stefan, Frank Ravyo və Siril Moyne də millidə qalacaq.
Deşam 2012-ci ilin yayından Fransa yığmasının baş məşqçisidir. Onun rəhbərliyi altında DÇ-2018, Millətlər Liqası-2021-də çempionluq, AVRO-2016 və DÇ-2022-də gümüş medal qazanılıb.