Deşam 4-cü oldu

Deşam 4-cü oldu

Dünya çempionatında yarımfinala yekun vurulub. Fransa Mərakeşi məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Millinin baş məşqçisi Didye Deşam tarixdə bir komandanı ardıcıl 2 dünya çempionatının finalına çıxaran 4-cü məşqçi olub. Bunu əvvəllər İtaliyadan Vittorio Potso (1934 və 1938), Argentinadan Karlos Bilardo (1986 və 1990) və Almaniyadan Frants Bekenbauer (1986 və 1990) edib.

Qeyd edək ki, Fransa dekabrın 18-də dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Finalın adı bəlli oldu: Argentina – Fransa

Növbəti yazı

Mərakeşin seriyası qırıldı