Derozan Cordanın nailiyyətinə şərik çıxdı

Derozan Cordanın nailiyyətinə şərik çıxdı

NBA-nın növbəti oyun günündə maraqlı qarşılaşmalar baş tutub. Bunlardan birində “Timbervolvs” “Bulls”la görüşüb (134:122). Matç Çikaqo təmsilçisinin müdafiəçisi Demar Derozan üçün yaddaqalan olub. Belə ki, o, 35 xal qazanıb və klub əfsanəsi Maykl Cordanın nailiyyətini təkrarlayıb.

Basketbolçu ardıcıl dörd oyunda ən azı 35 xal toplamağı bacarıb. “Çikaqo”nun tarixində bunu yalnız Cordan bacarıb (sonuncu dəfə 1996-cı ildə).

ETOPAZ

Əvvəlki yazı

Mbappe Messinin rekordunu təkrarladı

Növbəti yazı

Benzemanın durumuna aydınlıq gəldi