Depay “Mançester Yunayted”in hədəfində

Depay “Mançester Yunayted”in hədəfində

“Barselona”nın futbolçusu Memfis Depaya daha bir klub elçi düşüb. “Mançester Yunayted” niderlandlı hücumçunu heyətində görmək istəyir.

İngiltərə klubu 28 yaşlı forvard üçün 10 milyon avro təklif edib. Depay əvvəllər də Mançester təmsilçisinin formasını geyinib. O, 2015-17-ci illərdə bu klubda çıxış edib.

Qeyd edək ki, ötən yay İspaniya klubuna keçən Memfisin müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Monako”nun futbolçusu üçün 18 milyon avro

Növbəti yazı

“Liverpul”dan 9 cavabsız qol