“Denver”də yeni müqavilə

“Denver”də yeni müqavilə


“Denver Naqqets” Ostin Riverslə yeni müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi qarşıdakı mövsümdə 2,4 milyon dollar qazanacaq. O, bu ilin aprelində Denver təmsilçisinə qoşulub. “Oklahoma”nın heyətindən kənarlaşdırılan Rivers yeni klubunda 15 matç keçirib. O, hər görüşdə orta hesabla 8,7 xal toplayıb.
Xatırladaq ki, müdafiəçi 2012-ci ilin draftında 10-cu olub və “Nyu Orlean” tərəfindən seçilib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ayın oyunçusu adına 6 namizəd

Növbəti yazı

Maklaflin “Dallas”da