“Denver” pley-offda

“Denver” pley-offda

NBA-nın növbəti oyun günündə “Denver” “Memfis” üzərində (122:109) qələbə qazanıb. Birincilər bununla da, pley-offa vəsiqəni təmin edib.

“Naqqets” ardıcıl dördüncü mövsüm pley-offda iştirak edəcək. 48:33 göstəricisi ilə Kolorado klubu Qərb Konfransında 6-cı yerdədir.

“Denver”in orta sahə oyunçusu Nikola Yokiç NBA tarixində bir mövsümdə 2000 xal, 1000 ribaund və 500 assist rekordu vuran ilk oyunçu olub.

e-Topaz

Əvvəlki yazı

“Mayami” Şərq Konfransında birinciliyi təmin etdi

Növbəti yazı

İsner 38 eyslə qalib gəldi