Dembelenin qayıtma tarixi dəqiqləşdi

Dembelenin qayıtma tarixi dəqiqləşdi

Usman Dembelenin meydana qayıdacağı vaxt bəlli olub. “Barselona”nın vingeri aprelin sonunda meydana çıxa biləcək.

O, “Jirona” ilə yanvarın 28-də keçirilən matçda (1:0) zədə alıb. Həmin vaxtdan oynamayan fransalı bərpa prosesini bitirməyə yaxındır.

Onun aprelin 23-də “Atletiko” ilə görüşdə meydana  çıxması ehtimal olunurdu. Amma Dembelenin üç gün sonra “Rayo Valyekano”ya qarşı forma geyinəcəyi daha inandırıcı sayılır.

Qeyd edək ki, Usman mövsümün La Liqadakı 18 matçında 5 qol və 5 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un cəzası dayandırıldı

Növbəti yazı

Qattuzo Yunanıstana gedir