Dembele və Pedri derbidən kənarda

Dembele və Pedri derbidən kənarda

İspaniyanın “Barselona” klubu ciddi itkilərlə üzləşib. Baş məşqçi Xavi iki futbolçunun xidmətindən məhrum olub.

Usman Dembele və Pedri “Espanyol”la La Liqanın qarşılaşmasında iştirak etməyəcək. Yarımmüdafiəçilər zədən əziyyət çəkir və son məşqi də buraxmalı olublar.

Məşqçilər korpusu bu durumda olan futbolçulara tam bərpa olmaq üçün vaxt verməyi məqsədəuyğun sayıb. Bu səbəbdən Dembele və Pedri Barselona derbisində oynamayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Hyuston”dan antirekord

Növbəti yazı

Deku “Barselona”ya hücumçu tapdı