Dembele hamıdan öndədir

Dembele hamıdan öndədir

“Böyük beşlik” liqalarının 2022-ci ildəki oyunlarında ən çox assistə imza atan futbolçuların siyahısı açıqlanıb. Cədvələ Usman Dembele başçılıq edir.

“Barselona”nın fransalı vingeri bu il 10 qolun ötürməsini verib. İkinci pillədə Lionel Messi qərarlaşıb. PSJ-nin argentinalı hücumçusu 9 assistin müəllifidir.

Üç futbolçunun aktivində 8 məhsuldar ötürmə var. Bunlar Deyan Kulusevski (“Tottenhem”), Marko Roys (“Borussiya” D) və Kristofer Nkunkudur (“Leypsiq”).

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.05.2022

Növbəti yazı

Morent mövsümü erkən bitirə bilər