Sürpriz kupon – 11.05.2022
“Lids” – “Çelsi” – 2,5 ÜST
Xal hər iki komanda üçün olduqca vacibdir. “Lids” aşağı liqaya düşməmək, “Çelsi” isə ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə verən ilk “dördlük”də yerini qorumaq üçün mübarizə aparır. Güzəştsiz bir mübarizə gözlədiyim oyundur. Bu üzdən belə oyunlar üçün xarakterik olan 2,5 üst variantına üstünlük verirəm.
“Nitsa” – “Sent Etyen” – 2,5 ÜST
Fransanın ən titullu və köklü klublarından olan “Sent Etyen” Liqa-1-i tərk etmək reallığı ilə üz-üzədir. Hətta qələbə belə onların vəziyyətini ciddi şəkildə dəyişməyəcək. Buna görə sona qədər “döyüşəcəklərini” gözləyirəm. “Nitsa”ya avrokuboklara vəsiqə verən ilk “altılığ”a düşmək lazımdır. Bunun üçün qələbə kifayət edir. Xal uğrunda amansız mübarizənin məhsuldar oyunla müşaiyət olunacağını gözləyirəm.
“Ayaks” – “Herenven” – 2,5 ÜST
“Ayaks” üçün çempionluq matçının bol qollu bir oyun olacağını düşünürəm. Qələbəsinə şübhəm yoxdur, 2,5 üst də inandığım variantdır.