Debütdə 17 xal
Ulduz basketbolçu Rassell Uestbruk “Klippers”də debüt edib. O, “Sakramento” ilə oyunda meydana çıxıb.
Start heyətdə yer alan mərkəz oyunçusu ilk xallarını 1-ci dəqiqədə hesabına yazıb. O, cərimə atışlarını dəqiq yerinə yetirib. Uestbruk görüşdə 17 xal toplayıb.
Qeyd edək ki, mövsümə “Leykers”də başlayan Rassel öncə “Yuta”ya dəyişdirilib. 34 yaşlı basketbolçunun müqaviləsi sonradan “Klippers” tərəfindən alınıb.