De Yonq “Barselona”da qalır
“Barselona” Frenki de Yonqu komandada saxlayacaq. Tərəflər müqavilənin uzadılmasını müzakirə edirlər.
Yeni sözləşmənin 2028-ci ilə qədər nəzərdə tutulacağı bildirilir. Müqavilə imzalanacağı təqdirdə futbolçunun maaşı ildən-ilə artacaq. Onunla hazırki anlaşma 2026-cı ilin yayına qədərdir.