De Xea Şmeyxelə çatdı

De Xea Şmeyxelə çatdı

David de Xea “Mançester Yunayted”in tarixinə düşüb. İspaniyalı qapıçı İngiltərə klubunun heyətində 128-ci quru matçını keçirib. O, mançesterlilərin tarixində ən çox oyunda qol buraxmayan Peter Şmeyxelin rekordunu təkrarlayıb. Danimarkalı əfsanə 1991-99-cu illərdə 128 quru oyun keçirib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın XVIII turundan təxirə salınan oyunda “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Messi Anrinin antirekordunu təkrarladı

Növbəti yazı

“Mançester Siti” 13-ə çatdı