De Vrey “Mançester Siti”nin hədəfində
“İnter”in futbolçusu Stefan de Vrey karyerasını Premyer Liqada davam etdirə bilər. Onunla “Mançester Siti” yaxından maraqlanır.
İngiltərə təmsilçisi Stefan üçün 40 milyon avro ödəməyə də razıdır. Milanlılar da bu keçidin əleyhinə deyil. Klub rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq müdafiəçini pulsuz itirməmək üçün indidən satmağa razıdır.
Qeyd edək ki, de Vreylə İngiltərənin digər klubu “Tottenhem” də maraqlanır.