De Liqt top-klubların diqqətində

De Liqt top-klubların diqqətində

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt Avropanın bir sıra top-klublarının maraq dairəsindədir. Niderland millisinin üzvü “Real”, “Barselona”, PSJ, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul”un gündəmindədir.

Buna baxmayaraq, “Çelsi” 22 yaşlı mərkəz müdafiəçisi uğrunda mübarizədə liderdir. London klubu transferdən ötrü yüksək məbləğ ayırsa da, turinlilər bunun qarşısını almaq üçün onun müqaviləsini 2026-cı ilə qədər uzatmağa çalışır.

Qeyd edək ki, Mattiys de Liqtin İtaliya klubu ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Qavi ilə müqaviləni uzadır

Növbəti yazı

Tim Uimbldonda olmayacaq