De Byazi: “Rəqib bizi yormuşdu”

De Byazi: “Rəqib bizi yormuşdu”

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra milli komandanın baş məşqçisi Canni De Byazinin mətbuat konfransı baş tutub. İtaliyalı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Dünən də dediyim kimi çox ağır oyun gözləyirdi bizi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun nümayiş etdirdik. Oyunda yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib komanda ilə görüşdü, hamıya öz təşəkkürünü bildirdi. Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq. Qol epizodları bizdə daha çox oldu. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bu gün 2002-ci il təvəllüdlü oyunçu medyana daxil oldu. Düzgün yoldayıq”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Belçika ilə bacarmadı

Növbəti yazı

La Liqa klubunda yeni baş məşqçi