De Bruyneyə 4 təklif

De Bruyneyə 4 təklif

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb. Belçikalı yarımmüdafiəçi 4 komandadan təklif alıb.

Kevinə cəlbedici şərtlər vəd olunub. Onu “Əl-İttihad”, “Əl-Əhli”, “Əl-Nəsr” və “Əl-Hilal” heyətinə qatmaq istəyir.

Mançesterlilər futbolçunu yayda cəlbedici məbləğ qarşısında satmaq variantını nəzərdən keçirir. Kevin cari mövsümün 10 matçında 2 qol və 8 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz” “Qəbələ”ni məğlub etdi

Növbəti yazı

NBA-da yeni rekord