DÇ-2022: Səbətlər müəyyənləşdi
Qətərdə keçiriləcək dünya çempionatının püşkatma mərasimi sabah keçiriləcək. Tədbir üçün səbətlərin tərkibi müəyyənləşib.
Yığma komandalar 4 səbətə bölünüb və hər birində 8 iştirakçı yer alıb. Ev sahibi Qətər və FİFA reytinqində ən yüksək xallara sahib olanlar birinci səbətdə yer alıb. Digər səbətlər də reytinq əsasında bölüşdürülüb.
1-ci səbət: Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Avropa zonası üzrə pley-offun A yolunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, CONCACAF – OFC pley-offunun qalibi