DÇ-2022-də pley-offun püşkatma tarixi müəyyənləşdi

DÇ-2022-də pley-offun püşkatma tarixi müəyyənləşdi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin pley-offunun püşkatmasının vaxtı müəyyənləşib. Tədbir noyabrın 26-da baş tutacaq.

Püşkatma FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında təşkil olunacaq. Mərasimdə 12 yığma üç – A, B və C yolları üzrə yarımfinal cütləri təşkil edəcək.

Pley-offda seçmə mərhələdə qrup ikincisi olan 10 komanda və Millətlər Liqası vasitəsilə bu raunda yüksələn iki milli mübarizə aparacaq. Onlar Qətər-2022-yə üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Leykers”də yeni müqavilə

Növbəti yazı

Paraqvay millisi baş məşqçisi ilə vidalaşdı